“42 işçi yenidən əvvəlki işlərinə bərpa edilib”- DƏMX- VİDEO
    • 20-07-2023, 19:10
    • 189

“42 işçi yenidən əvvəlki işlərinə bərpa edilib”- DƏMX- VİDEO

“Bu ilin 6 ayı ərzində əmək müqaviləsinə xitam verilən 42 işçi yenidən əvvəlki işlərinə bərpa edilib və onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.”

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı News24.az bildirib.

O, həmçinin bildirib ki, İşəgötürənlər tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində ödənilməsi gecikdirilən 216 min manatdan çox məbləğdə ödənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində işçilərə ödənilib. Həmin vəsaitin 97%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, müavinət və kompensassiyalar olub.

Qeyd edək ki, hesabat dövründə Xidmət tərəfindən 6535 sayda ərizə (şikayət) araşdırılıb, 3936 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 4079 vətəndaş fərdi qaydada qəbul edilib.

Ayfər Nizaməddinqızı