Konfrans Liqası: Azərbaycan millisinin futbolçusu Ermənistan klubu ilə oyunda iştirak edib - YENİLƏNİB
    • 21-07-2023, 00:57
    • 406

Konfrans Liqası: Azərbaycan millisinin futbolçusu Ermənistan klubu ilə oyunda iştirak edib - YENİLƏNİB

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunun heyətində UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Ararat-Armeniya”ya qarşı cavab oyununda iştirak edib.

News24.az  -ın məlumatına görə, Albaniyadakı “Elbasan Arena”da təşkil olunan qarşılaşmada meydana start heyətində çıxan 28 yaşlı yarımmüdafiəçi 62 dəqiqə mübarizə aparıb.

O, həmin dəqiqədə hesab 2:2 olarkən əvəzlənib. Əsas vaxtı bu hesabla yekunlaşan oyunun əlavə edilmiş dəqiqələrində komandalar hərəyə daha iki dəfə fərqləniblər və qarşılaşma 4:4 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə qonaq komanda daha dəqiq oynayıb. Penaltilər seriyasında 2:4 hesabı ilə uduzan “Eqnatia” avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, komandalar arasında İrəvanda keçirilən ilk oyunda 1:1 hesabı qeydə alınıb.

20:57

"Eqnatiya" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyada "Ararat-Armenia"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda iştirak edəcək.
 
News24.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayacaq.

Qeyd edək ki, qarşılaşma saat 22:00-da start götürəcək. İrəvanda 1:1 hesabı ilə bitən görüşdə Azərbaycan millisinin üzvü ikinci hissədə meydana daxil olmuşdu.