Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə - İmtahan keçiriləcək
    • 21-07-2023, 09:54
    • 122

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə - İmtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirəcək.

News24.az xəbər verir ki, imtahan kompüterlər vasitəsilə aparılacaq.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).

İmtahan üçün 72 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.