"Vaqner" Belarusda bu qədər qalacaq
    • 21-07-2023, 16:40
    • 94

"Vaqner" Belarusda bu qədər qalacaq

Vaqner”lə əməkdaşlıq Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat başa çatana qədər davam edəcək”.

News24.az xəbər verir ki, bu barədə Belarus Respublikası Konstitusiya Komissiyasının üzvü Yuri Voskresenski deyib. 

“Bir sözlə, bütün bunlar geosiyasi turbulentlikdir. SVO-nun məqsədləri yerinə yetirildikdə, sanksiya siyasəti dayandıqda, militarizasiyanın dayandırılması ilə yanaşı, o zaman “Vaqner” PMC ilə qarşılıqlı əlaqənin dayandırılmasından danışmaq olar”,-  deyə o, yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl “Vaqner”in rəhbəri Yevgeni Priqojin PMC təlimatçılarının köməyi ilə Belarus ordusunu dünyada ikinci olacağına söz verib.

Arzu