Aksiz markası olmayan siqaretlər, spirtli içkilər, mobil telefonlar aşkar edilib
    • 2-03-2019, 12:01
    • 635

Aksiz markası olmayan siqaretlər, spirtli içkilər, mobil telefonlar aşkar edilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-211099" markalı avtomobil saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin salonunda - hər iki oturacağın içərisində 1800 ədəd aksiz markası olmayan "Parliament" siqareti, əvvəlcədən gömrük orqanına bəyan edilməyən, hər biri 1 litr olmaqla 2 ədəd "Disarrona" və hər biri 0.5 litr olmaqla 2 ədəd "Jagermeilter" adlı spirtli içkilər, vətəndaşın üzərində isə 2 ədəd "Redmi Note 6 Pro", 1 ədəd "Samsung Galaxy J4" və 1 ədəd "Xiaomi Mi A2 Lite" markalı mobil telefonlar aşkarlanıb.