DİM Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib - RƏSMİ
    • 23-07-2023, 13:22
    • 145

DİM Naxçıvanda IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib - RƏSMİ

İyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupuna qəbul, eləcə də RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün I qrupu seçənlər üçün "İnformatika" fənni üzrə imtahan keçirib. 

Bu barədə News24.az-a DİM-dən məlumat verilib. 

Bildirilib ki, imtahanlar saat 10:00-da başlanıb və Naxçıvan şəhərindəki 11 və Heydər Əliyev adına tam orta məktəblərdə təşkil olunub.

371 abituriyentin iştirak etdiyi imtahanlara 5 imtahan rəhbəri və 39 nəzarətçi cəlb olunub.

DİM-dən o da bildirilib ki, nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.