Türkiyədən Rusiyaya gedən gəmidə partlayıcı maddələrin izləri tapıldı
    • 24-07-2023, 10:24
    • 104

Türkiyədən Rusiyaya gedən gəmidə partlayıcı maddələrin izləri tapıldı

Kerç boğazı vasitəsilə Türkiyədən Rusiyaya üzən quru yük gəmisinin göyərtəsində partlayıcı maddələrin izləri aşkar edilib.

News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

“İyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin anbarında dinitrotoluol və tetril partlayıcılarının izləri aşkar edilib”, - məlumatda deyilir.

Bundan əlavə, ekspertlər gəminin konstruktiv hissələrində üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar ediblər.

Kəşfiyyat xidmətinin məlumatına görə, mayın sonunda gəmi Ukraynanın Kiliya limanında olub. İyulda isə Türkiyənin Tuzla limanında Ukraynanın 12 vətəndaşından ibarət gəmi heyəti tamamilə dəyişdirilib, üstəlik quru yük gəmisinin özü də adını dəyişib.

Nəticədə yük gəmisinin Krım körpüsünün altından keçməsinə qadağa qoyulub.

Akqabay