Krımda yanğın baş verdi
    • 24-07-2023, 10:22
    • 84

Krımda yanğın baş verdi

Krımda Cankoydan 20 km aralıda partlayış baş verib.

News24.az xəbər verir ki, Volnoye kəndi yaxınlığında yerləşən anbarda yanğın baş verib və sursat partlayıb. Bu barədə “Kommersant” qəzetinə yerli sakinlər məlumat verib.

Bildirilir ki, hadisə yerindən beş kilometr radiusda təxliyə elan edilib. Volnoye, Puşkino, Veseloye qəsəbələrinin sakinləri müvəqqəti məskunlaşma mərkəzlərinə aparılacaq.

Krımın rəhbəri Sergey Aksenov Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən beş kilometr radiusda yaxınlıqdakı kəndlərin əhalisinin müvəqqəti məskunlaşma mərkəzlərinə köçürülməsinə göstəriş verib.

Aynurə