Ukrayna münaqişəsini 30 il öncə proqnozlaşdıran prezident - O, daha nə deyib?
    • 24-07-2023, 16:05
    • 177

Ukrayna münaqişəsini 30 il öncə proqnozlaşdıran prezident - O, daha nə deyib?

ABŞ-nin keçmiş prezidenti Riçard Nikson hələ 1994-cü ildə Bill Klintona ünvanladığı məktubda Ukraynada münaqişənin olacağını proqnozlaşdırmışdı. 

News24.az xəbər verir ki, həmin vaxt o, Ukraynada vəziyyətin son dərəcə kritik olduğunu vurğulayıb.

“Əgər vəziyyət nəzarətdən çıxsa, Bosniyada vəziyyət uşaq oyununa bənzəyəcək”, - ABŞ-nin keçmiş prezidentinin sözlərini “The Wall Street Journal” sitat gətirib.

Eyni zamanda Nikson xəbərdarlıq edib ki, bu vəziyyətdən çıxış yolu yoxdur.

Akqabay