FETÖ ölkəmizdə terror təşkilatı kimi tanınacaq? – Musa Quliyevdən AÇIQLAMA
    • 25-07-2023, 17:33
    • 172

FETÖ ölkəmizdə terror təşkilatı kimi tanınacaq? – Musa Quliyevdən AÇIQLAMA

“FETÖ terror təşkilatının Azərbaycanda kök salması, şaxələnməsi, gənclərimizi təsir altına salaraq mənfi meyillərə yönəltməsi təəssüf doğuran bir haldır. 2016-cı ilin 14 iyul hadisələrindən sonra Azərbaycan bu məsələdə Türkiyəyə ilk dəstək verən ölkələrdən biri oldu. Cənab Prezidentin nəzarəti altında FETÖ-nün Azərbaycandakı şəbəkəsi demək olar ki, tamamilə dağıdıldı. Məktəblər, universitetlər bağlandı. Mənfi təsirləri barədə ictimaiyyətimizə kifayət qədər məlumatlar verildi”. 

Bu fikirləri News24.az-a açıqlamasında deputat Musa Quliyev deyib. 

O, sözlərinə belə davam edib: “Təəssüf olsun ki, onlar da öz bəd əməllərindən qalmırlar. Bizim bəzi “siyasətbaz”ları da torlarına salırlar. Bu mənada Daxi İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini alqışlayıram. Hesab edirəm ki, bu sahədə ictimaiyyət də qurumlara kömək etməlidir. 

Məncə, Türkiyədən başqa FETÖ-nü terror təşkilatı kimi tanıyan dövlət yoxdur. Ancaq onların terrorçu fəaliyyəti, o cümlədən, dövlətimizə və ərazi bütövlüyümüzə qarşı fəaliyyətləri aşkar olunarsa, sübut edilərsə, bu istiqamətdə zəruri addımlar atıla bilər”.