Nikol Annanı müdafiə etdi:
    • 25-07-2023, 18:14
    • 179

Nikol Annanı müdafiə etdi: "Tərəvəzlər həyətimizdə yetişdirilib, qara kürü..."

“Deyirlər ki, xanım yemək nümayiş etdirib, gəlin anlayaq, o, hansı yeməyi göstərib”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir həyat yoldaşı Anna Akopyanın paylaşdığı tərəvəz fotolarına istinad edərək deyib: “Pomidor, bamiya, badımcan. Həyətimizdə yetişdirilib. İndi kimsə demək istəyir: Qarabağda iyulda badımcan, pomidor, bamiya yoxdur? Bəs niyə yoxdur? O bamiya böyüdü, ona benzin, salyarka sərf etmədik. Bu gün istənilən torpaq bütün bunlara malik olmalıdır. Həyat yoldaşım qara kürü göstərib?”, - Paşinyan bildirib.

Qeyd edək ki, ötən həftə Anna Akopyan sosial media hesabında nahar bişirərkən tərəvəzlərin fotosunu paylaşın. Bu isə erməni cəmiyyətində qıcıq yaradıb. “Oturaq aksiya”  keçirən ermənilər Akopyanı hədəf alıb və onu “laqeydlikdə” ittiham edib. “Məni ən çox incidən cəmiyyətin laqeydliyi və hələ də bu hakimiyyətin tərəfdarlarının olmasıdır. Anna Akopyan eyni vaxtda şam yeməyindən fotoları dərc edir, utanmır. Yəni nə demək istəyir: sən orda acından ölürsən, mən də burada uşaqlarımı vitaminli qida ilə yedizdirirəm? Onun mesajını başa düşməmək üçün axmaq olmalısan”, - etirazçılardan biri qeyd edib.

Akqabay