Paşinyandan Qarabağ ermənisinin müraciətinə sərt cavab
    • 25-07-2023, 21:08
    • 241

Paşinyandan Qarabağ ermənisinin müraciətinə sərt cavab

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənisinin müraciətinə sərt cavab verib.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Qarabağ ermənisinin "Sizin xanımınız Anna Akopyan sosial şəbəkədə yemək, meyvə, tərəvəz şəkilləri paylaşır. Bizsə acıq" iradına sərt reaksiya verib.

"Həyat yoldaşım hansı yeməyi göstərdi: həyətimizdə yetişdirilən pomidor, lobya, badımcan?" Kimlərsə demək istəyir ki, iyulda Qarabağda nə pomidor, nə badımcan, nə lobya var. Niyə də olmasın? Axı bu tərəvəzlərə nə benzin, nə salyarka xərclənir. Bu gün bütün bunlar istənilən torpaqda olmalıdır. Həyat yoldaşım qara kürü və ya ekzotik yeməklər göstərdi? Həyat yoldaşım Xankəndinin zirzəmilərində can verən qocalara yemək çatdırmaq istəyəndə orada kişi qalmamışdı. İndi bu nə təbliğatdır? Niyə onlar Qarabağdan İrəvanda mülk sahibi olan yüksək vəzifəli məmurların adlarının açıqlanmasını tələb etmirlər?”, - Paşinyan bildirib.

Erməni baş nazir əlavə edib ki, Qarabağ erməniləri 150 milyardı necə istifadə ediblər ki, əllərində əcəbsəndəl hazırlamaq üçün material yoxdur?

"Gedib tarlaları sürsünlər, boranı əksinlər. Yoxsa onları da Ağrı vadisində əkib göndərək? Sizə 150 milyard vermişik. Səhərdən axşamacan canlı yayıma çıxmaq əvəzinə badımcan yetişdirin. Ermənistanın suverenliyini, dövlətini kimə qurban vermək istəyirsiniz? Bu istisna olunur. Qarabağ rəhbərliyinin Ermənistanda küçələrin bağlanmasını təşkil etməsi nə deməkdir? Siz İrəvanın mərkəzində Azərbaycana qarşı əməliyyatı keçirirsiniz?”, - deyə Paşinyan qeyd edib.