Tvitter yeni loqosuna görə məhkəməyə veriləcək
    • 25-07-2023, 18:29
    • 125

Tvitter yeni loqosuna görə məhkəməyə veriləcək

Amerikalı milyarder İlon Maskın Tvitter-in adını X olaraq dəyişmək qərarı şirkət üçün hüquqi nəticələrə səbəb ola bilər, çünki bir sıra şirkətlər artıq eyni loqoda əqli mülkiyyət hüququna malikdirlər. 

 
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 
 
Hüquqşünas Coş Gerben deyib: "Kimsə Twitter-i məhkəməyə verəcəyi ehtimalı 100 faizdir. Təkcə ABŞ-da müxtəlif sənaye sahələrində X hərfinin daxil olduğu 900-ə yaxın ticarət nişanı var.  Xüsusilə, Microsoft  və Meta  X-dən brend kimi istifadə etmək hüququna malikdir. Birinci texnoloji nəhəng Xbox markasını tanıtmaq üçün X-dən istifadə edir, ikincisi isə proqram təminatı və sosial media kateqoriyalarında istifadə üçün mavi-ağ X-i qeydə alıb”.

Gerbenin sözlərinə görə, bu şirkətlər İlon Maskın şirkətinin loqoları və reklamlarının istehlakçıların çaşqınlığına səbəb olduğunu sübut etsələr, X-dən pul təzminatı və ya məktubun istifadəsinə qadağa qoyulmasını tələb etmək hüququna malik olacaqlar
 
Arzu