Çempionlar Liqası: II təsnifat mərhələsində ilk oyunlara yekun vurulur
    • 26-07-2023, 09:10
    • 245

Çempionlar Liqası: II təsnifat mərhələsində ilk oyunlara yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

News24.az xəbər verir ki, Report-un məlumatına görə, son oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi "Qarabağ" Polşada "Rakuv"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə "Aris" Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul

21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)

21:00. "Aris" (Kipr) - BATE (Belarus)

22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

22:45. "Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)

22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç)

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.