Məşhur icra başçısı Almaniyaya aparılıb?
    • 26-07-2023, 10:10
    • 135

Məşhur icra başçısı Almaniyaya aparılıb?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı səhhətindəki problemlə əlaqədar Almaniyaya aparıldığı iddia olunur.

Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, Z.Fərəcov Türkiyədə istirahət edirmiş, səhhətində yaranan problemlə bağlı Almaniyaya aparılıb.

İcra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bildirib ki, bu, tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatdır. /Pravda.az/