Pakistanda narkotik ticarətinə görə edam cəzası ləğv edildi
    • 26-07-2023, 11:17
    • 154

Pakistanda narkotik ticarətinə görə edam cəzası ləğv edildi

Pakistanda narkotiklərlə mübarizə haqqında yeni qanun qəbul edilib.

News24.az xəbər verir ki, qanuna əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlərə bundan sonra ölüm cəzası verilməyəcək.

Məlumata görə, narkotiklərlə mübarizəyə dair yeni qanun Milli Məclis və Senatda təsdiqlənib. Yeni qanunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlər üçün ölüm cəzası ləğv edilib. Sözügedən qanunun dərhal qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, Pakistan 2008-ci ildə Avropa İttifaqının kommersiya təşviqi müqabilində ölüm hökmünü qadağan edib. Lakin bu qərardan 6 il sonra, 2014-cü ildə Pişəvərdə hərbi məktəbə törədilən terror aktı nəticəsində əksəriyyəti uşaqlar olmaqla 140-dan çox insan həlak olduqdan sonra ölüm hökmü bərpa edilib.

Aydan