Universitetlərdə kampus yaradılacaq?
    • 26-07-2023, 12:22
    • 145

Universitetlərdə kampus yaradılacaq?

Universietlərdə kampus yaradılması, köçürülməsi məsələsi tez-tez gündəmə gələn mövzulardandır. Bir zaman bunun üzərində iş aparıldığı, layihələr hazırlandığı vurğulanırdı.

Bəs kampuslara ehtiyac nə dərəcədədir və bununla universitetlərin köçürlməsi baş verə bilər mi? Ümumiyyətlə kampusun yaradılmasına nə mane olur ki, illərdi bu layihə sadəcə sözdə qalıb?

Məsələ ilə bağlı Day.Az-ın suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, Universitetlərdə kampus sisteminin tətbiqi sahib olduğu maddi texniki baza ilə əlaqəlidir.

"Çünki kampus sistemi universitetin bütün binalarının, eyni zamanda yataqxana,texnoparkın və digər binaların hər birinin bir ərazidə olmasıdır. Bizim aparıcı univeristetlər isə Bakıda yerləşir və kampus üçün yetəri qədər əraziyə sahib deyillər. Düzdür, bəzi universtitetlər kampus sistemi tətqbiq edə bilər. Çünki kompakt bir əraziyə sahibdir. Kampus sistemi üçün şəhərdənkanar ərazi daha məqsədəuyğun olar. Bu sistemlə tələbələr səsküydən uzaq bir mühitdə sadəcə təhsilə fokuslanır", - deyə o bildirib.

Universitetlərin köçürülməsi məsələsinə toxunan ekspert bunun mürəkkəb proses olduğunu bildirib.

"Universitetlərin köçürlməsi isə uzun və mürəkkəb prosesdir. Bəzi universietlərin də regionlarda, Bakıdan kənar olması daha məqsədəuyğundur. Univeristetin müəyyən regionda olması oranın inkişafına təkan verir. Təbii ki regionlara görə müxtəlif universitetlər qurula bilər. Amma mövcud universiteltərin köçürülməsindənsə regionda böyük universitetlərin qurulmasını tövsiyyə edərəm", - deyə o əlavə edib.