Sərhəddə insident: erməni hərbçilər döyüldü – VİDEO
    • 30-04-2024, 12:18
    • 271

Sərhəddə insident: erməni hərbçilər döyüldü – VİDEO

Ermənistan ordusunun 20-yə yaxın müqaviləli hərbçisi Tavuşda Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı keçirilən etiraz aksiyalarına qoşulduqları üçün döyülüb. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Hadisənin aprelin 26-da baş verdiyi bildirilir.

Məlumata görə, 20-yə yaxın müqaviləli hərbçi vəzifələrindən imtina edərək etirazçılara qouşulublar. Ermənistan Müdafiə Nazirliyi həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb, daha sonra ölkənin İstintaq Komitəsi bir qrup hərbçinin vəzifələrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı cinayət işinin başlandığına dair məlumat yayıb.

Saxlanılan hərbçilərin zorakılığa məruz qaldığı, təhdid edildiyi bildirilir. Hətta həmin şəxslərin döyüldüyünə dair xəbərlər yayılıb.

Etirazçılara rəhbərlik edən erməni polkovnik Mihran Maxsudyan həmin vaxt hərbçilərin etirazçılara qoşulmaq istədiyini, lakin onlara məsələyə qarışmamağı tövsiyə etdiyini deyib.

Erməni hərbçilərin etirazçılara dəstək olduğu görüntüləri təqdim edirik: