Avtomobilə bu plyonkadan çəkən sürücülərin DİQQƏTİNƏ - VİDEO
    • 30-04-2024, 12:35
    • 173

Avtomobilə bu plyonkadan çəkən sürücülərin DİQQƏTİNƏ - VİDEO

Havaların günəşli keçməsi ilə bağlı plyonka məsələsi yenidən gündəmə gəlib. Avtosfer.az xəbər verir ki, avtomobil bazarında sürücülərə 10-12 faiz tündlüyü olan plyonkaların ön yan şüşələrə çəkilməsi tövsiyə olunur. Günəş şüalarından qorunmaq istəyən sürücülər bu pkyonkadan istifadə edirlər.

Ön yan şüşələrə plyonka tətbiq edilməsi ilə bağlı qanunvericilik nə deyir?

Qeyd edək ki, qanunvericiliyə görə, minik avtomobillərində yalnız sürücünün kürəyindən arxada qalan şüşələrə plyonka çəkilməsinə icazə verilir. Alın şüşə və ön yan şüşələrə plyonka çəkilməsi birmənalı şəkildə qadağandır. Hətta tam şəffaf plyonkaların çəkilməsi də qadağandır. Ön şüşələrə bu plyonkadan istifadə edən sürücülər 150 manat məbləğində cərimə edilə bilər.//avtosfer.az