"Tələbənin smestr imtahanından sonra eyni fəndən təkrar imtahan verməsi vaxt itkisidir "
    • 14-03-2023, 18:05
    • 286

"Tələbənin smestr imtahanından sonra eyni fəndən təkrar imtahan verməsi vaxt itkisidir "

"Tələbə bir fəndən semestr imtahanı verirsə, onun yenidən eyni fəndən imtahan verməsi təkrarçılıqdır". 

Bunu News24.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində yekun dövlət atestasiya imtahanlarının ləğv edilməsi yeni qərar deyil: "Universitetlərdə bununla bağlı pandemiya dövründə addımlar atıldı. Tələbələrin qiyməti ümumi orta göstəricilərə görə yazıldı. Bir çox ixtisaslarda yeni tədris proqramları qəbul olunub. Hazırda tələbələr o proqramla 2 ildir ki, təhsillərini davam etdirirlər və bu proqramda yekun dövlət attestasiya imtahanları nəzərdə tutulmayıb. Hər dərs müəyyən bir kreditə sahibdir və həmin dərs bitəndən sonra onun imtahanı olur. Tələbələrin yenidən həmin fənlərdən imtahan verməsi vaxt itkisidir". 

Ekspert əlavə edib ki, texniki-tətbiqi ixtisaslarda təqdim olunan bitirmə işi isə ləğv edilməyib.

Qumral ƏLİYEVA