Tokayev Quranın yandırılmasından danışdı: “Qəbuledilməz təxribat...”
    • 26-07-2023, 16:09
    • 262

Tokayev Quranın yandırılmasından danışdı: “Qəbuledilməz təxribat...”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Şimali Avropanın bəzi ölkələrində Quranın yandırılmasını “qəbuledilməz təxribat” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

Tokayev bildirib ki, Quranın yandırılması fonunda həyata keçirilən aksiyalar gərginliyi artırmaq, xalqlar və dövlətlər arasında etimadı sarsıtmaq məqsədi daşıyır.

Tokayev bu cür hücumların qınanılmalı mövzu olduğunu deyib. O vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da bu məsələdə öz mövqeyini ortaya qoymalıdır.

Nərmin Murad