-
- 26-07-2023, 17:16
- 288
"Moldova diplomatlarımızı ölkədən çıxarır, biz isə güzəştlə qaz veririk"
“Kişineu Rusiyanın Moldovadakı səfirliyinin diplomatları və texniki işçiləri də daxil olmaqla 45 əməkdaşını ölkədən çıxarır. Biz isə Moldovanı güzəştlə Rusiya qazı ilə təmin edirik”.
News24.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Aydındır ki, yeni reallıqlar fonunda Moskvanın Kişineu ilə münasibətlərində əvvəlki yanaşmalarına yenidən baxmaq lazımdır”, - Korotçenko qeyd edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Moldovanın paytaxtı Kişineudakı səfirliyinin diplomatlarının sayını 10-dək azaldıb. Məlumata görə, səfirlikdəki texniki əməkdaşların sayı da 15-ə qədər azaldılacaq. Rəsmi Kişineu Moskvadan səfirlikdəki diplomatlarının və texniki əməkdaşlarının sayını azaltmağı tələb edib.
Akqabay