Füzulidə 2 tondan çox narkotik məhv edildi
    • 27-07-2023, 09:44
    • 133

Füzulidə 2 tondan çox narkotik məhv edildi

Füzuli rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.