Bakıda istirahət mərkəzində - Cinayət
    • 27-07-2023, 11:15
    • 141

Bakıda istirahət mərkəzində - Cinayət

Bakının Xəzər rayonunda istirahət mərkəzində oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.