Rəşad Dağlıya HÖKM OXUNDU - VİDEO
    • 28-07-2023, 11:58
    • 436

Rəşad Dağlıya HÖKM OXUNDU - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

News24.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəkil müdafiə çıxışı edib. Vəkil bildirib ki  Rəşad Dağlı İsgəndər Mehdiyevin təkidi ilə hadisə yerinə bıçaqla gəlib: " İ. Mehdiyev Rəşadı kiminləsə danışığa getməsi üçün çağırıb. Bildirib ki, həmin şəxslərin yanına bıçaqla getmək lazımdı. Hadisə yerində İsgəndər Rəşad Dağlıya söyüş söyüb. Rəşad da həmin söyüşə görə İsgəndəri qətlə yetirib. 

Rəşadın övladları azyaşlıdır və özəl məktəbdə oxuyur. Onun uşaqlarını himayə edən yoxdur. 

Həmçinin mərhum İsgəndər Mehdiyevin ailə üzvləri də barışıq əldə edilib. Ona görə də xahiş edirəm Rəşad Dağlıya həbs olmayan cəza verilsin"
Prosesdə Rəşad Dağlı son söz deyib: "Sizə də məlumdur ki ilk məhkumluğumdur. Həmişə xalqımın dövlətimin yanında olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Himayətəmdə iki azyaşlı uşağın var. Ödənişli məktəbdə oxuyurlar. Mən azadlıqdan uzun müddətli məhrum edilsəm övladlarım və ailəm başsız qalacaq. Xahiş edirəm bunları nəzərə alsanız". 

Məhkəmə müşavirəyə yollanıb.

Xatırladaq ki, ötən prosesdə prokuror Rəşad Dağlının qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, R. Dağlı 2022-ci il noyabrın 9-da qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb və onu 14  bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra o könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.