-
- 28-07-2023, 15:11
- 174
Quterreşdən Putinə reaksiya: "Bir ovuc taxılla iş düzəlmir"
“ Rusiyanin Afrikaya vəd etdiyi bir ovuc taxıl ianəsi bu dramatik effekti aradan qaldırmayacaq. Bununla işlər düzəlmir”.
News24.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş deyib.
Qara dəniz taxıl müqaviləsindən geri çəkildiyi üçün Qərbin Rusiyaya qarşı reaksiyaları artmaqda davam edir. Bir tərəfdən taxıl əmtəələrinin qiymətləri artım tendensiyasına girir, digər tərəfdən dünyanın bir sıra gücləri məsələnin həlli ilə bağlı bəyanatlar verir.
BMT-nin Nyu-Yorkdakı (ABŞ) mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən Quterreş, Rusiya prezidenti Vladimir Putinin Afrikaya təmənnasız taxıl vəd etməsi ilə bağlı çıxışına münasibət bildirib.
Onun sözlərinə görə, Putinin Qara dəniz müqaviləsindən geri çəkilməsi milyonlarla ton taxılın bazardan çıxarılacağına səbəb olacaq.
Qeyd edək ki, Rusiyanın bəyanatından sonra Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Qara dəniz taxıl təşəbbüsü Rusiya olmadan da davam edə bilər. Zelenski qeyd edib ki, o, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin baş katibi Antonio Quterreşə layihənin üçtərəfli formatda davam etdirilməsini təklif edən rəsmi məktublar göndərib.
Arzu