"ASAN xidmət"in əməkdaşının avtomobili yandı - VİDEO
    • 28-07-2023, 18:21
    • 206

"ASAN xidmət"in əməkdaşının avtomobili yandı - VİDEO

Lənkəran rayonunda "ASAN xidmət"in əməkdaşının avtomobili yanıb.

News24.az
"Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən "ASAN xidmət"də çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.