Aİ Rusiyaya “dezinformasiyaya” sanksiyası tətbiq edi
    • 29-07-2023, 09:58
    • 126

Aİ Rusiyaya “dezinformasiyaya” sanksiyası tətbiq edi

Rusiyada 7 nəfər və 5 təşkilata “rəqəmsal informasiya manipulyasiyası kampaniyası apardıqları” səbəbilə sanksiya tətbiq edilib.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası açıqlama yayıb.

“Yeni sanksiya siyahısı ilə məlumatlarımızı necə təhrif etdiklərini və necə işlədiklərini bildiyimizə dair güclü bir siqnal veririk”,- deyə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib.

Beləliklə, Aİ-nin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən hərəkətlərə qarşı sanksiya tətbiq etdiyi şəxslər və təşkilatların sayı 1800-ə çatıb.

Sanksiyalara səyahət məhdudiyyətləri, maliyyələşdirmə qadağası və aktivlərin dondurulması daxildir.