Məşhur rusiyalı aktrisa VƏFAT ETDİ
    • 29-07-2023, 22:25
    • 437

Məşhur rusiyalı aktrisa VƏFAT ETDİ

Rusiyalı aktrisa Yana Şultsova 77 yaşında vəfat edib.  

News24.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.  

Çex əsilli aktrisa Praqadakı evində dünyasını dəyişib. Ulduzun ölümünü qızı Rozali bildirib. 

Aktrisanın ölümünün səbəbləri hələ açıqlanmayıb.  

İyirmi il əvvəl o, qalxanabənzər vəzi əməliyyatı keçirib. Əməliyyata görə aktrisanın görmə problemləri yaranmağa başlayıb və o, iki gözündən əməliyyat olunub. 

2014-cü ildə isə Şultsova ayağından əməliyyat olunub. Keçirdiyi əməliyyatlar sənətçini daha da zəiflədib. 

Aktrisa 1960-cı illərdə ekranda debüt edib. "Alexander Dumas Sr.", "Manon Lesko", "Mata Hari" və bir çox başqa məşhur sovet filmlərində onlarla rolu var. 

Günəş Mərd