Maskdan gözlənilməz "Tesla" qərarı
    • 1-05-2024, 10:54
    • 210

Maskdan gözlənilməz "Tesla" qərarı

İlon Maskın yüksək səviyyəli menecerlərə göndərdiyi e-poçta əsaslanaraq The Information tərəfindən dərc edilən xəbərdə Maskın Tesla-nın iki yüksək səviyyəli idarəçisini işdən çıxardığı və daha yüzlərlə işçini ixtisar etməyi planlaşdırdığı bildirilib.

News24.az xəbər verir ki, elektrikli avtomobil istehsalçısının "Supercharger" bölməsinin baş meneceri Rebecca Tinucci və New Vehicles Proqramının rəhbəri Daniel Honun işlərini tərk edəcəyi qeyd edilib.

Digər tərəfdən, The Information, Maskın Tinucci və Ho üçün işləyən hər kəsi, o cümlədən "Supercharger" qrupunda çalışan təxminən 500 işçini işdən çıxarmağı planlaşdırdığını söyləyib.

Sözügedən xəbərdə Muskın menecerlərə göndərdiyi elektron məktubda “Ümid edirəm ki, bu hərəkətlər personal sayı və xərclərin azaldılması ilə bağlı qətiliklə daha sərt davranmamız lazım olduğunu açıqlayar” dediyi iddia edilib.

Günel Məlikzadə