“BMW” “moyka”ya çırpıldı - Sərnişin öldü
    • 1-05-2024, 10:58
    • 116

“BMW” “moyka”ya çırpıldı - Sərnişin öldü

Şəmkirdə ağır yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sənan Quliyevin idarə etdiyi "BMW 528" markalı avtomobil Kür qəsəbəsinin Sabir Hacıyev küçəsində idarəetmədən çıxıb.

Nəticədə maşın avtoyuma məntəqəsinə çırpılıb.

Hadisə vaxtı avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Kirov Aslan Baris oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.