Serbiya KİV:
    • 30-07-2023, 13:05
    • 215

Serbiya KİV: "Bütün Avropa enerji sahəsində Azərbaycana güvənir"

Bütün Avropa, o cümlədən Serbiya enerji sahəsində Azərbaycana güvənir və onun geniş potensialını görür.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə "Serbiyanın Radio və Televiziyası" (RTS) dövlət qurumunun süjetində deyilir.

Reportajda Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu, ölkələr arasında 40-dan çox sənədin imzalandığı vurğulanır.

"Yaşıl enerji artıq Macarıstan və Rumıniya kimi bir çox Avropa ölkələri ilə əməkdaşlıq edən Azərbaycanın enerji sektorunda potensial istiqamətlərdən biridir", - RTS qeyd edir.

Həmçinin bildirilir ki, iki ölkə arasında siyasi qarşılıqlı fəaliyyət Azərbaycanın elektrik enerjisinin alınması ilə bağlı danışıqların əsasını təşkil edir.