Dövlət Gömrük Komitəsinin Akademiyasında İSO standartları üzrə təlim keçirilib
    • 4-03-2019, 14:20
    • 759

Dövlət Gömrük Komitəsinin Akademiyasında İSO standartları üzrə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) beynəlxalq standartlar sisteminin qurulması, Akademiyanın beynəlxalq təhsil məkanına inteqrasiya olunması, təhsil sahəsində beynəlxalq layihələrə qoşulması, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin İSO (International Organization for Standardization)  standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə keçirilən təlimlər başa çatıb.

News24.az
xəbər verir ki, təlimlərdə Akademiyanın struktur bölmələrinin əməkdaşları iştirak edib.

DGKA ilə Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan təmsilçiliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən təlimlər bu qurumun baş katibinin müşaviri, TSEN ISO 9001 - Keyfiyyətin İdarəolunması Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılıb.

Türkiyəli mütəxəssis Keyfiyyətin İdarəolunması Sistemi, risk mərkəzli proses, daxili audit və sənədləşmənin aparılması mövzularında təlimlər keçib.
Qeyd edək ki, İSO 9001-2015 (Keyfiyyəti idarəetmə sistemi) standartı üzrə başlanmış təlimlər fevralın 25-dən martın 1-dək davam edib.