-
- 17-09-2019, 11:20
- 976
Gömrük əməkdaşları üçün ixtisasartırma təlimi keçirilir
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi və Ərazi baş gömrük idarələrinin əməliyyat və təhqiqat idarələrinin (şöbələrinin) əməkdaşları üçün ixtisasartırma təliminə start verilib. Təlimdə adıçəkilən strukturlarda xidmət aparan 22 gömrük əməkdaşı iştirak edir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimi giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev gömrük xidmətində aparılan son islahatlara toxunaraq bu islahatların gömrük xidməti əməkdaşlarından yeni bacarıq və səriştələr tələb etdiyini vurğulayıb. Komitə sədrinin müavini bildirib ki, Dövlət Gömrük Komitəsinin sədrinin müvafiq əmri ilə ixtisasartırma təlimləri təşkil edilir, bu təlimlər gömrük xidmətində aparılan yeniliklərə uyğun tam fərqli formada keçirilir. Təlimləri olduqca əhəmiyyətli hesab edən Əsgər Abdullayev iştirakçılara uğurlar arzulayıb, bu tədbirin onlar üçün faydalı, uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov qeyd edib ki, gömrük xidmətində aparılan son islahatlara uyğun olaraq peşəkar gömrükçülərin hazırlanması istiqamətində məqsədyönlü addımlar atılır, həmçinin gömrükçülər üçün müxtəlif mövzularda təlimlər təşkil edilir.
Akademiyanın rəisi bildirib ki, gömrük əməkdaşları üçün keçirilən bu təlimdə də tədris olunan mövzular gömrük xidməti əməkdaşlarının zəruri olan bilik və bacarıqların aşılanmasına yönəlib. Qeyd olunub ki, ixtisasartırma təliminə Dövlət Gömrük Komitəsinin Akademiyasının yüksək ixtisaslı, geniş təcrübəyə malik peşəkar müəllimləri cəlb olunub, onlar nəzəriyyə ilə yanaşı, təcrübi biliklərini də paylaşacaqlar.
Daha sonra təlim başlayıb.
Qeyd edək ki, təlimdə "Dövlət sirri sahəsində qanunvericilik. Əməliyyat-axtarış fəaliyyətində dövlət sirri və onların istifadə edilmə qaydaları və mühafizəsinin təmin edilməsi", "Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin vəzifələri, səlahiyyət dairəsi. Əməliyyat-axtarış fəaliyyətinin elmi-nəzəri və qanunvericilik əsasları", "Əməliyyat-axtarış fəaliyyəti zamanı məlumatların əldə olunması, təhlili, aşkar olunmuş faktların təhqiqatı, təhqiqata uyğun sorğunun istintaqı", "Əməliyyat-istintaq fəaliyyət növü olaraq gizli yollarla məlumatın əldə olunması və realizasiya olunması" və s. mövzularla yanaşı, psixologiya dərsləri də keçiriləcək.
Təlim oktyabrın 4-dək davam edəcək.