-
- 4-03-2019, 21:28
- 1 087
Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüş keçirilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev Bakı İdman Sarayında Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.
News24.Az bildirir ki, tədbir iştirakçıları xüsusi olimpiyaçıların təlim-məşq prosesinə baxıblar. Sonra atletlər nümunəvi çıxışlar nümayiş etdiriblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və gənclər və idman naziri Azad Rəhimov və Avropa xüsusi yay Olimpiya oyunlarının qalibi və mükafatçısı Həbib Tağıyevlə stolüstü tennis oynayıblar.
Tədbir “Qayğı Sağlam Nəsil” ictimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yeniyetmə və gənclərinin iştirakı ilə hazırlanmış əyləncəli tamaşa proqramı ilə davam edib.
Martın 14-dən 22-dək keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən çox ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiyaçı iştirak edəcək. Azərbaycan oyunlarda 56 idmançı ilə 10 idman növündə təmsil olunacaq.
Xüsusi Yay Olimpiya Oyunları İlk dəfə 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Bu oyunlar xüsusi qayğıya ehtiyacı olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan qlobal inklüzivlik hərəkatdır. Azərbaycanın xüsusi olimpiyaçıları da həmin oyunlarda iştirak edərək böyük nailiyyətlər qazanıblar.
Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir.