Səhvən məxfi hərbi xəritələri dərc etdilər
    • 31-07-2023, 17:01
    • 110

Səhvən məxfi hərbi xəritələri dərc etdilər

Yunanıstan Müdafiə Nazirliyi təsadüf nəticəsində səhvən məxfi hərbi xəritələri dərc edib.

News24.az xəbər verir ki, döyüş sursatlarının yerləşdiyi anbarlarda son yanğınlardan sonra müdafiə naziri Nikolas Hardalias hərbi obyektlərdə yoxlamalara başlamaq barədə göstəriş verib.

Belə səfərlərdən birində çəkilən fotolara məxfi hərbi xəritələr də düşüb. Nəticədə nazirlik mətbuata sonradan düzəldilən press-reliz göndərib. Həmin xəbərdə xəritələrin üstü bağlanıb.

Müdafiə Nazirliyi digər hərbi obyektlərdə yoxlamaları isə ləğv edib.