Xaçmazda fermerlərə xəstə heyvanlar PAYLANILIR?
    • 31-07-2023, 19:46
    • 263

Xaçmazda fermerlərə xəstə heyvanlar PAYLANILIR?

Xaçmazda məşğulluq mərkəzindən Təsərrüfat sahibi Ələddin Talıbova 21 baş heyvan xəstə heyvan verib.

Sözügedən məsələ ilə bağlı News24.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Əsmər Nəcməddin qızı dolayısı ilə xəbəri təqdiqləyərk dedi ki, Xaçmaz rayonu Hacıqazma kənd sakini Talıbov Ələddin Güləddin oğlunun müraciəti araşdırılıb:


"Vətəndaş öz seçimi əsasında özünüməşğulluq proqramına cəlb olunaraq 11.07.2023 tarixində qoyunçuluq təsərrüfatı zərfi üzrə aktivlərlə təmin edilib. Daha sonra Ə.Talıbov heyvanların xəstə olduğunu bildirərək Məşğulluq filialına müraciət edib. Lazımi sənədləşmələr aparıldıqdan sonra vətəndaşın müraciəti nəzarətə götürülüb. Hazırda podratçı şirkət ilə birgə heyvanların yenisi ilə dəyişdirilməsi istiqamətində tədbirlər görülür. Məsələ nəzarətimizdədir".

Ə.Nəcməddin qızı gələn şikayətlərin olduğunu da təsdiqlədi

Aydan Beydullayeva