Tramp özünə qarşı yeni ittihamlar gözlədiyini bildirdi
    • 2-08-2023, 02:09
    • 129

Tramp özünə qarşı yeni ittihamlar gözlədiyini bildirdi

Keçmiş ABŞ prezidenti Donald Tramp prokuror Cek Smitin 2020-ci il seçkiləri ilə bağlı ona qarşı yeni ittihamlar irəli sürəcəyini bildirib.  

News24.az xəbər verir ki, bu barədə   CNN məlumat yayıb.

Tramp sosial şəbəkədə: 

“Eşidirəm ki, ağlını itirmiş Cek Smit sevimli prezidentinizə - mənə qarşı növbəti saxta ittiham irəli sürəcək. Səbirsizliklə gözləyirəm”, - deyə bildirib.

Vəkil Smit isə hələ məsələ ilə bağlı açıqlama verməyib. 
Günəş Mərd