Bakıda sıxlıq müşahidə edilən yollar  - SİYAHI
    • 2-08-2023, 08:33
    • 147

Bakıda sıxlıq müşahidə edilən yollar  - SİYAHI

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

News24.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.