Şəmkirdə iki avtomobil toqquşdu   - Ölənlər var
    • 2-08-2023, 09:00
    • 148

Şəmkirdə iki avtomobil toqquşdu   - Ölənlər var

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

News24.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.