Göygöldə iki yük avtomobili toqquşdu, Türkiyə vətəndaşı öldü
    • 14-06-2022, 16:41
    • 399

Göygöldə iki yük avtomobili toqquşdu, Türkiyə vətəndaşı öldü

Göygöldə ağır yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı dünyasını dəyişib.

News24.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza "TIR" markalı yük maşının digər yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/