Ölümcül virusdan 83 nəfər həyatını itirdi
    • 2-08-2023, 09:30
    • 157

Ölümcül virusdan 83 nəfər həyatını itirdi

Nigeriyada son 3 ayda difteriya epidemiyasında həyatını itirənlərin sayı 83-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyi məlumat yayıb.

Agentliyin direktoru Faysal Şuaib açıqlamasında bildirib ki, may-iyul aylarında ölkə daxilində 836 nəfər difteriyaya yoluxub. 

Quş iflici olaraq da bilinən difteriya boğaz, burun, göz və dəri vasitəsilə insana yoluxur. Sözügedən yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.