Xakerlər Ermənistanın məşhur xəbər saytını SIRADAN ÇIXARDI - FOTO
    • 2-08-2023, 17:24
    • 297

Xakerlər Ermənistanın məşhur xəbər saytını SIRADAN ÇIXARDI - FOTO

"Warriors.to" adlı xaker qrupu Ermənistana məxsus "news.am" internet resursunu sıradan çıxarıb. 

News24.az-ın məlumatına görə, saytın əsas səhifəsində qara fonda Türkiyənin və Azərbaycanın bayraqları, eləcə də sözü gedən qrupun sosial şəbəkə hesablarının ünvanları yerləşdirilib. 

Qeyd edək ki, "Warriors.to" qrupu Türkiyədən idarə olunur və hər iki ölkənin xakerlərini birləşdirən internet forum olaraq fəaliyyət göstərir.

Fərid Azəri