Baş nazir ona "faşist" deyən rok ulduzunu məhkəməyə verdi
    • 3-08-2023, 10:54
    • 118

Baş nazir ona "faşist" deyən rok ulduzunu məhkəməyə verdi

İtaliyanın baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

News24.az
 
xəbər verir ki, müğənni sözlərində italyan məmuru təhqir edib. Molkonun tamaşaçılardan tamaşanı çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

Aydan