"Dang" virusu Azərbaycanda yayıla bilməz - NAZİRLİK
    • 5-08-2023, 13:25
    • 288

"Dang" virusu Azərbaycanda yayıla bilməz - NAZİRLİK

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi internet saytında 2000-2022-ci illər arasında “Dang” qızdırmasına yoluxanların sayının 8 dəfə artdığını bildirib. Bu il yoluxmaların sayı demək olar ki, rekord həddə çatıb. ÜST-ün məlumatına görə, təkcə ötən il dünyada 4 milyondan çox insan bu xəstəliyə yoluxub.

"Dang" virusu dünyanın tropik və subtropik bölgələrində şiddətli qripə bənzər simptomlara səbəb olan  xəstəlikdir. Qırılmış sümük kimi ağrılara səbəb olduğu üçün "sınıq sümük qızdırması" olaraq da tanınır. Onun törədicisi "Dengue" virusudur. Dang virusunun 4 növü məlumdur. Bir növünə yoluxanlar digər növlər də yenidən yoluxa bilərlər. Bu virus "Aedes" ağcaqanadları tərəfindən daşınır və ötürülür. Bu ağcaqanad nisbətən təmiz su mənbələrinə üstünlük verdiyi üçün evlərin su basması və kanalizasiya boruları kimi yerlər bu növün məskunlaşması üçün ideal ola bilər, buna görə də bu virus daha çox şəhərlərdə sürətlə yayılır. Bu ağcaqanadlar adətən yumurtalarını vedrə, heyvan qabları, çiçək qabları və vazalar kimi durğun su saxlayan qablara qoyurlar.


Görəsən "Dang" virusu ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən News24.az-a verilən açıqlamada bildirildi ki, bu bizim ölkəyə xas xəstəlik deyil:

"Ona görə də endemik hal deyil. Qeyd olunan xəstəlik tropik ölkələr üçün xasdır".

Aydan Beydullayeva