Balakəndə 47 yaşlı kişi qətlə yetirildi
    • 4-08-2023, 18:01
    • 285

Balakəndə 47 yaşlı kişi qətlə yetirildi

Balakən sakini qətlə yetirilib.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.