-
- 5-03-2019, 12:04
- 1 261
Kollec məzunları ilə bağlı yeni xəbər
Kollec məzunlarının ali məktəblərə qəbulu 2019-cu ildə həyata keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O deyib ki, artıq kollec məzunlarının ali məktəblərə qəbul olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub: “Amma bütün ixtisaslar üzrə kollec məzunları ali məktəblərə qəbul ola bilməyəcək. Yalnız müəyyən ixtisaslar üzrə qəbul aparılacaq. Bu ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Hər kəs yalnız kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə qəbul ola biləcək, başqa ixtisas seçə bilməyəcək. Amma bakalavr pilləsində təhsilini yarımçıq qoymuş şəxslər kolleclərə birbaşa qəbul ola biləcəklər. Əsas məsələ qəbulun hansı nəticə ilə həyata keçirilməsidir ki, bu layihədə əksini tapmayıb”. Kamran Əsədov kolleclərdə təhsil alan şəxslərin təhsil aldıqları müddətdəki qiymətlərin hesablanması təklifini də irəli sürüb: “Yəni bütün qiymətlər cəmlənsin, yekun bal kimi qəbul edilib ixtisas seçiminə buraxılsın”. Təhsil eksperti əlavə edib ki, kollec məzunlarının ödənişli, ya ödənişsiz təhsil alması da layihədə əks olunmayıb.
Sevinc Yasinqızı