Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq - VİDEO
    • 24-09-2018, 16:05
    • 12 382

Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq - VİDEO

Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq. Bu fikirləri News24.az saytına verdiyi açıqlamada Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov səsləndirib.

Kamran Əsədovun söylədiyinə görə, bu qanun 2019-cu ildən qüvvəyə minəcək və kolleci neçənci ildə bitirməsindən asılı olmayaraq bütün məzunlara tətbiq ediləcək. Yeganə şərt kolleci bitirən şəxslərinin  yekun ballarının yüksək olmasıdır. Başqa sözlə desək, yekun qiymətləri 71 baldan yüksək olan kollec məzunlarının üzünə ali məktəb qapıları açıq olacaq.

Təhsil eksperti həmçinin, ali məktəblərə qəbul qaydalarına edilmiş dəyişikliklərdən söz açıb,  insanları maraqlandıran bir çox qaranlıq məqamlara aydınlıq gətirib.  Ali məktəblərə qəbulla bağlı sizi maraqlandıran suallara aşağıdakı videonu izləməklə cavab tapa bilərsiniz.

İlhamə Rəsulova

Foto/Video: Nurlan Gülməmmədov