Sonuncu doğum günü... - FOTO
    • 5-08-2023, 10:27
    • 388

Sonuncu doğum günü... - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə iki yeniyetmə dənizdə boğulub. Yevlax rayon sakinləri, 16 yaşlı Onur Oruclu və 17 yaşlı Hüseyn Qurbanov su anbarında çimərkən batıb.

News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, onlardan biri-Hüseyn Qurbanov bu il orta məktəbi bitirib, 16 yaşlı Onur Oruclu isə 11-ci sinif şagirdidir.

Dünən H.Qurbanovun ad günü imiş, onun 17 yaşı tamam olub. Yeniyetmə dostları ilə birgə doğum doğum gününü qeyd edib.

Yeniyetmələr hər ikisi Yevlax rayon sakinləridir. Dostlar Mingəçevirə istirahət etmək üçün gəliblər.

Faciəvi şəkildə ölən yeniyetmələrin fotolarını təqdim edirik: