Kəmalə Ağazadə:
    • 6-08-2023, 16:32
    • 906

Kəmalə Ağazadə: "Sığınacağımıza hücum olub" - VİDEO

"Bu gün səhər saatlarında diləndirildiyi üçün sığınacağımıza yerləşdirilən 2 azyaşlı uşağın valideynləri sığınacağımıza hücum edib".

Bunu News24.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

"Az öncə 4-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəldilər. Diləndirilən uşaqların valideynlərini ərazisindən uzaqlaşdırdılar.

Onlar üstümüzə hücum çəkib, qapı pəncərə butulkalar atıb az qalsın buranı dağıdırlar. İçəridə 30-dan çox uşaq var idi. Hamısı çox qorxu keçirdilər. Çevik polis alayı da hadisə yerinə gəldi. Çox güman ki, bu gündən əraziyə davamlı olaraq mühafizə yerləşdiriləcək"-deyə Kəmalə Ağazadə əlavə edib.
Günəş Mərd 

Ətraflı RTV-nin süjetində: